Modern.az

Vandalizmə əsla icazə verməyəcəyik - Ali Yerlikaya

Vandalizmə əsla icazə verməyəcəyik - Ali Yerlikaya

Dünya

23 Mart 2025, 10:20

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, İstanbulda keçirilən etiraz aksiyaları zamanı bir polis əməkdaşına yandırıcı maddə atıldığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

 

Nazir, bu cür hərəkətlərin qəbul edilməz olduğunu vurğulayaraq, ictimai asayişi pozmağa çalışanlara qarşı qəti tədbirlər görüləcəyini qeyd edib.

 

Ali Yerlikaya, sosial media hesabında paylaşdığı açıqlamada, etiraz aksiyalarını təşkil edənlərin məsuliyyətlərini dərk etməli olduqlarını bildirib:

 

"İstanbulda bu gecə keçirilən nümayişlərdə bir polis əməkdaşımıza yandırıcı maddə atıldı. Küçə çağırışı edənlər hansı məsuliyyətləri, hansı hüquqi öhdəlikləri götürdüklərini yaxşı düşünsünlər. Bir daha bəyan edirəm, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edənlərə, vandalizmə əsla icazə verməyəcəyik."

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu