Modern.az

Avropa ölkələri İrana kömək edəcək

Avropa ölkələri İrana kömək edəcək

Dünya

23 Mart 2025, 14:17

Böyük Britaniya, Almaniya və Fransa Tehrana İran qarşı sanksiyalarının ləğvi məsələsində ABŞ-yə təsir göstərməyə söz veriblər.

 

Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Xəbər-e Online”a müsahibəsində bildirib.

 

“Biz üç Avropa ölkəsi ilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı əsasında eyni düstura gəlmək, həmçinin nüvə proqramına etimadı gücləndirmək və Qərb ölkələrinin sanksiyaları ləğv etmək üçün danışıqlar aparırıq. Bu sanksiyalar avropalıların yox, amerikalıların əlindədir. Avropalılar bu məsələdə amerikalılarla mübarizə aparacaqlarını deyirlər”, - deyə o bildirib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu