Modern.az

Putinlə Tramp yenidən danışa bilər

Putinlə Tramp yenidən danışa bilər

Dünya

23 Mart 2025, 19:39

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp zərurət olduqda videokörpü vasitəsilə əlaqə saxlaya bilərlər.

 

Modern.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Bu, iki prezidentin şəxsi qərarıdır", - o bildirib.

 

"Əgər onlardan biri videokörpü vasitəsilə əlaqə qurmağı təklif etsə, bu, ani olaraq təşkil edilə bilər. Çünki videoəlaqə üçün qaynar xətt də yaradılıb və şifrələnib, qorunur. Bu, dövlət başçılarına ən həssas mövzularda danışıqlar aparmağa imkan verir", - Peskov əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu