Modern.az

Kanada seçkiyə gedir - Tarix məlum oldu

Kanada seçkiyə gedir - Tarix məlum oldu

Dünya

23 Mart 2025, 22:53

Aprelin 28-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni məlumat verib.

"Mən indicə Kanadanın Baş Qubernatoru Meri Saymondan Parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim. O, razılaşdı", - Karni deyib.

Baş nazir qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi qərarını ölkənin iqtisadi problemlərini tez bir zamanda düzəltmək və ABŞ administrasiyasının tarif siyasətinə cavab vermək zərurəti ilə qəbul edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu