Modern.az

ABŞ İrana hücum edə bilər... 

ABŞ İrana hücum edə bilər... 

Dünya

23 Mart 2025, 23:35

Birləşmiş Ştatlar İranla böhranın sülh yolu ilə həllinə sadiqdir.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff deyib.

"Amma bu o demək deyil ki, Amerika lazım gələrsə, hərbi güc tətbiq edə bilməz", - o söyləyib. 

Vitkoff əlavə edib ki, ABŞ prezidenti Donald Tramp İslam Respublikasının nüvə silahı hazırlamasının qarşısını almaq niyyətindədir.

"Biz hər şeyi hərbi yolla həll etməli deyilik, lakin bu o demək deyil ki, əgər biz müəyyən nöqtəyə gəlsək, hərbi əməliyyatlara əl atmayacağıq, müəyyən şərtlər daxilində bunu edəcəyik", - xüsusi nümayəndə qeyd edib.

O əlavə edib ki, vəziyyət “kritik nöqtəyə” yaxınlaşır, lakin İran hələ də öz proqramından imtina edə bilər. “Bu, bizim İrana siqnalımızdır: gəlin oturaq və görək, dialoq, diplomatiya yolu ilə istədiyimiz nəticəyə gələ biləcəyikmi... Yoxsa, o zaman alternativ o qədər də yaxşı deyil”, - ABŞ prezidentinin xüsusi nümayəndəsi bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi