Modern.az

Hakan Fidan ABŞ-yə gedir

Hakan Fidan ABŞ-yə gedir

24 Mart 2025, 14:40

Türkiyənin xarici işlər naziri Hakan Fidan Tramp administrasiyası dövründə ABŞ-yə ilk rəsmi səfərini edəcək.

Modern.az xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, nazir martın 25-26-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.

Görüş zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar müzakirə olunacaq. Bu zaman terrorla mübarizə məsələsi də gündəmdə olacaq. 

Həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasında Türkiyə ilə ABŞ arasında əməkdaşlığın təkmilləşdirilməsi də danışılacaq. Hakan Fidan Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərini xatırladacaq, Türkiyənin atəşkəsə töhfə verməyə hazır olduğunu vurğulayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu