Modern.az

Türkiyədəki aksiyalarda 1400 nəfər saxlanılıb

Türkiyədəki aksiyalarda 1400 nəfər saxlanılıb

Dünya

25 Mart 2025, 18:28

Türkiyədə martın 19-dan 25-dək keçirilən etiraz aksiyalarında 1400-dən çox şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Qeyd olunub ki, indiyədək saxlanılan 979 şübhəli şəxsin 478-i məhkəmə qarşısına çıxarılacaq

O bildirib ki, küçələrdə terrorun törədilməsinə, milli-mənəvi dəyərlərə zərbə vurulmasına, polislərə hücum edilməsinə imkan verilməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu