Modern.az

Ukraynada 30 günlük atəşkəs - Razılaşmanın DETALLARI

Ukraynada 30 günlük atəşkəs - Razılaşmanın DETALLARI

Dünya

25 Mart 2025, 20:15

Kreml Ər-Riyadda ABŞ-Rusiya məsləhətləşmələrindən sonra bəyanat yayıb.

Modern.az xəbər verir ki, bəyanat Kremlin saytında yerləşdirilib.

Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən, Rusiya və Amerika tərəfləri Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasını əhatə edən “Qara Dəniz Təşəbbüsü”nün həyata keçirilməsini təmin etmək barədə razılığa gəliblər.

ABŞ Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı üçün dünya bazarına çıxışın bərpasına və dəniz sığortası xərclərinin azaldılmasına, habelə bu cür əməliyyatların aparılması üçün limanlara və ödəniş sistemlərinə çıxışın genişləndirilməsinə kömək edəcək.

Rusiya və ABŞ iki ölkə prezidentləri arasında 18 mart 2025-ci il tarixindən etibarən 30 gün müddətinə Rusiya və Ukraynada enerji obyektlərinə zərbələrin endirilməsinə qadağa qoyulmasına dair sazişlərin icrası üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər.

Rusiya və ABŞ güclü və davamlı sülhə nail olmaq üçün fəaliyyətini davam etdirəcək.

Sizə yeni x var
Keçid et
KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır - Hədəfdə kimlər var?