Modern.az

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Dünya

26 Mart 2025, 16:32

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub. 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Telefon danışığı zamanı xarici işlər nazirləri regional və beynəlxalq hadisələri müzakirə ediblər. Tərəflər həmçinin İsrailin Fələstin, Qəzza, Livan və Suriyaya hücumları, ABŞ-nin Yəmənə hərbi hücumu ilə bağlı fikir mübadiləsi aparıblar.

Əraqçi Türkiyədəki daxili siyasi vəziyyətə də toxunub. O, Türkiyədə baş verənləri tamamilə bu ölkənin daxili işi hesab edərək İranın mövqeyini bir daha təsdiqləyib. İranın xarici işlər naziri həmçinin Türkiyə hakimiyyətinin bu hadisələri türk xalqının maraqları əsasında idarə edəcəyinə əminliyini ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu