Modern.az

4 amerikalı hərbçinin meyiti tapıldı

4 amerikalı hərbçinin meyiti tapıldı

Dünya

26 Mart 2025, 19:45

ABŞ ordusunun dörd hərbçisi Litvada Pabrade poliqonunda taktiki təlimləri başa vurduqdan sonra həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Litvanın "Lrytas" portalı məlumat yayıb.

 

Portalın məlumatına görə, dörd amerikalı martın 25-də axşam saatlarında təlimləri tərk edərək itkin düşüblər. Axtarışlardan sonra onların avtomobili bataqlıqda tapılıb. Bütün hərbçilərin həlak olduğu qeyd edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu