Martın 24-də Fransanın ARTEfr televiziya kanalında yayımlanan “28 dəqiqə” proqramında Türkiyə və ona qonşu ölkələrin xəritəsi dərc olunub.
Modern.az-ın məlumatına görə, xəritədə Türkiyənin qonşuları arasında Ermənistanın adı yer almayıb və onun ərazisi Azərbaycan ərazisi kimi göstərilib.
Hadisə erməni dairələrinin qəzəbinə səbəb olub. Müxtəlif təzyiqlər nəticəsində ARTEfr televiziyası rəsmi şəkildə üzr istəyərək, xəritənin “səhvən” nümayiş olunduğunu bildirib.
Lakin bu üzrxahlıq kanalın hansı mesajı verməyə çalışdığını gizlədə bilməyib. Müşahidəçilər hesab edirlər ki, bu hadisə təsadüfi deyil. Fransa mediasında belə bir xəritənin yayımlanması Azərbaycanın regiondakı mövqeyinin getdikcə gücləndiyini və beynəlxalq informasiya məkanında təsir imkanlarının artdığını göstərir.
Fransa kanalı üzrxahlıq etməklə, erməni lobbi qruplarının təzyiqləri qarşısında geri çəkildiyini nümayiş etdirib. Bu olay Fransa mediasının birtərəfli mövqe tutduğunu bir daha sübut edir.