Modern.az

Ermənistan müxalifətində kütləvi həbslər

Ermənistan müxalifətində kütləvi həbslər

Dünya

27 Mart 2025, 21:10

Ermənistanda "Ana Ermənistan" müxalifət blokunun 12 tərəfdarı saxlanılıb.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə blokun Gümrü meri vəzifəsinə namizədi Karen Simonyan məlumat verib.

 

O qeyd edib ki, blokun saxlanılan fəallarından olan Emmaq Qriqoryan azad edilib.

 

"O, iki övladının gözləri qarşısında stres keçirdikdən sonra həbs edilib, lakin evdə heç nə tapılmayıb", - o bildirib.

 

Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisi və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçki zamanı xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri başlanılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu