Modern.az

Amsterdamın mərkəzində 5 nəfər bıçaqlandı

Amsterdamın mərkəzində 5 nəfər bıçaqlandı

Dünya

27 Mart 2025, 21:35

Niderlandın paytaxtı Amsterdamın mərkəzində - Dam meydanı yaxınlığında bıçaqlı hücum baş verib.

 

Modern.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, hücum nəticəsində beş nəfər xəsarət alıb.

 

Onlardan birinin şübhəli şəxs olduğu bildirilir. Şahidlərin ifadələrinə görə, şübhəli şəxs insanlara bıçaqla hücum edib. O, vətəndaşlardan birinin köməyi ilə zərərsizləşdirilib və ayağından yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisənin motivləri və digər yaralıların vəziyyəti araşdırılır.

 

Polis hadisə zamanı çəkilmiş foto və videogörüntülərin müvafiq portal vasitəsilə təqdim olunması barədə vətəndaşlara müraciət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI