Modern.az

Tramp iftar süfrəsində

Tramp iftar süfrəsində

28 Mart 2025, 08:13

ABŞ Prezidenti Donald Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb.

 

Modern.az-ın məlumatına görə, o, çıxışı zamanı 2024-cü il prezident seçkilərindəki dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib.

 

Tramp bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi sözü tutur: “Mənim administrasiyam Abraham razılaşmalarına əsasən Yaxın Şərqdə davamlı sülh yaratmaq üçün amansız diplomatiya ilə məşğuldur. Hər kəs bunun qeyri-mümkün olduğunu söyləyirdi. İndi biz onları icra etməyə başlayacağıq”,- deyə Tramp bildirib.

 

O yeganə istəyinin sülh olduğunu əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü