Myanmada yenidən 6,4 maqnitudalı zəlzələ olub.
Modern.az xəbər verir ki, Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən, yeni təkanlar maqnitudası 7,9 qiymətləndirilən ilk zəlzələdən 12 dəqiqə sonra baş verib.
Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin körpü uçub.
Axtarış-xilasetmə işləri başlayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
Zəlzələ Banqkokda tikilməkdə olan binanın uçmasına səbəb olub. Binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb.
***
11:11
Myanmada 7,7 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb.
Zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 10:20-də) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub.
Çinin seysmologiya mərkəzi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb.
Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.