Modern.az

Məscidə “Molotov kokteyli” atdılar

Məscidə “Molotov kokteyli” atdılar

Dünya

28 Mart 2025, 18:43

İsveçdə naməlum şəxs Uddevalla bələdiyyəsindəki məscidə “Molotov kokteyli” atıb.

 

Modern.az xəbər verir ki, bu barədə SVT telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

 

Polisin məlumatına görə, məsciddə olan iki nəfər yanğını operativ şəkildə söndürüb. Hadisə gecə saatlarında baş versə də, şübhəlilər hələ müəyyən edilməyib.

 

"Orada olanların çevik reaksiyası sayəsində yanğının yayılmasının qarşısı alınıb. Biz bütün halları araşdırırıq", - hüquq-mühafizə orqanlarından bildirilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu