Modern.az

İlon Mask X-i satdı

İlon Mask X-i satdı

Dünya

29 Mart 2025, 10:58

Amerikalı biznesmen, ABŞ Prezidenti Donald Trampın baş müşaviri İlon Mask sosial media şirkəti olan X-i süni intellekt şirkəti olan xAI-yə satdığını elan edib.

Modern.az-ın məlumatına görə, satış 33 milyard dollara başa gəlib.

"xAI və X-in gələcək perspektivləri bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatları, modelləri, hesablamaları, paylanmanı və bacarığı birləşdirmək üçün bu addımı atdıq. Bu birləşmə xAI-nin qabaqcıl süni intellekt qabiliyyəti vasitəsilə X-in geniş əhatə dairəsinə çatması üçün böyük imkan açacaq”, - deyə Mask bildirib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu