Modern.az

İzmirdə fabrikdə partlayış - Ölən var

İzmirdə fabrikdə partlayış - Ölən var

Dünya

29 Mart 2025, 19:14

Türkiyənin İzmir vilayətində fabrikdə partlayış baş verib. Hadisə nəticəsində fabrik işçilərindən biri ölüb, dördü isə yaralanıb.

 

Modern.az xəbər verir ki, partlayış İzmirin Aliağa rayonundakı sənaye zonasında fəaliyyət göstərən tullantı yağlar və neft məhsullarının emalı fabrikində olub. Hadisədən sonra fabrikin binasında başlayan yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu