Modern.az

Qrenlandiya mütləq Amerika olacaq - Tramp

Qrenlandiya mütləq Amerika olacaq - Tramp

Dünya

30 Mart 2025, 09:27

Amerika Birləşmiş Ştatlarının hakimiyyəti Qrenlandiyanı əldə etməyə nail olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bildirib.

 

“Biz Qrenlandiyanı əldə edəcəyik. Bəli, yüz faiz”, – o qeyd edib.

 

Ağ ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun bunu hərbi güc tətbiq etmədən edə biləcəyi böyük ehtimal var.

 

“Amma mən heç nəyi istisna etmirəm”, – Tramp əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu