Modern.az

İsraildən Qəzza ilə bağlı TƏKLİF

İsraildən Qəzza ilə bağlı TƏKLİF

Dünya

30 Mart 2025, 17:13

İsrail vasitəçilərdən Qəzza zolağı ilə bağlı təklif aldıqdan sonra cavab təklifi irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının dəftərxanası məlumat yayıb.

 

“Baş nazir Binyamin Netanyahu vasitəçilərdən alınmış təklifdən sonra bir sıra məsləhətləşmələr keçirib. Son saatlarda İsrail Birləşmiş Ştatlarla tam əməkdaşlıq şəraitində vasitəçilərə öz qarşı təklifini təqdim edib”, – bəyanatda deyilir.

 

Daha əvvəl HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı Misir və Qətərin şərtlərini qəbul edib. Bu ölkələr radikallar və İsrail arasında danışıqlarda vasitəçi kimi çıxış edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir