Modern.az

Tramp Putinin bu sözlərindən qəzəblənib

Tramp Putinin bu sözlərindən qəzəblənib

Dünya

30 Mart 2025, 20:30

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə əsəbləşib.

Modern.az xəbər verir ki, bu barədə o, NBC News telekanalına müsahibəsində bildirib.

O, Putinin Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına almasını eşidəndə çox qəzəblənib.

Tramp əlavə edib ki, Rusiya prezidentinin şərhləri “yanlış hədəfə dəyib”.

“Əgər biz Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun Moskvanın günahı olduğunu düşünsəm, bu ölkədən gələn bütün neftlərə ikinci dərəcəli rüsumlar tətbiq edəcəm”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu