ABŞ prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.
Bu, Trampın prezident kimi ikinci müddətində ilk xarici səfəri olacaq.
Nəşrin mənbələrinin məlumatına görə, Donald Trampın Səudiyyə Ərəbistanına mümkün səfəri son həftələrdə iki ölkənin yüksək rütbəli rəsmiləri arasında müzakirə olunub. Mənbələrdən biri qeyd edib ki, səfərin məqsədi Fars körfəzi ölkələri ilə münasibətləri gücləndirmək, Yaxın Şərqdəki münaqişələrin həlli və investisiyaların müzakirəsi olacaq.
Qeyd edək ki, Tramp 2017-ci ildə ilk prezidentlik müddətinin başlamasından sonra da ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.