Modern.az

Krım körpüsünə hücum - Ukraynaya kimlər kömək edib...

Krım körpüsünə hücum - Ukraynaya kimlər kömək edib...

Dünya

31 Mart 2025, 08:21

ABŞ, Böyük Britaniya və Ukrayna gizli şəkildə 2024-cü ilin yayında Krım körpüsünə zərbə endirmək üçün əməliyyat planlaşdırıblar.

 

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

 

Məlumata görə, Krım körpüsünə hücum ATACMS raketləri və yerüstü pilotsuz təyyarələri ilə eyni vaxtda həyata keçirilməli idi.

 

Qəzet yazır ki, Rusiya su keçidində zərbəyə hazırlaşarkən körpünün dayaqlarının mühafizəsini gücləndirib və bu şəraitdə Kiyev hakimiyyəti yalnız raketlərlə zərbə endirməkdə israr etməyə başlayıb. Bu isə ABŞ nümayəndələrinin müqaviməti ilə üzləşib, onlar bu cür taktikaların səmərəsizliyinə işarə edərək bir müddət gözləməyi və ya zərbəni ləğv etməyi tələb ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu