Modern.az

Ukraynada iyulda seçki olacaq?

Ukraynada iyulda seçki olacaq?

Dünya

31 Mart 2025, 21:39

Ukrayna hakimiyyəti iyulda seçki keçirməyi planlaşdırmır.

 

Modern.az xəbər verir ki, bu barədə BBC yayım korporasiyasının Ukrayna xidməti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd edilib ki, bu məsələ ilə bağlı görüş keçirilməyib və kimsə iyulda seçkilərin təşkili ilə bağlı göstəriş almayıb.

 

Xatırladaq ki, martın 30-da Böyük Britaniyanın “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən ölkədə iyulda prezident seçkilərinin keçirilə biləcəyi barədə məlumat yayıb. İddiaya görə, ötən həftə Volodimir Zelenski öz ofisinə atəşkəs əldə edildikdən sonra səsvermənin təşkili ilə bağlı işə başlamağı tapşırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu