Modern.az

Məşhur agentliyin keçmiş əməkdaşının meyiti tapıldı

Məşhur agentliyin keçmiş əməkdaşının meyiti tapıldı

Dünya

1 Aprel 2025, 10:37

"Bloomberg" agentliyinin keçmiş əməkdaşı Riçard Samarelin ailəsi ilə birlikdə Cənubi Karolina ştatındakı malikanəsində meyiti tapılıb.

Modern.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, qonşuları narahat olaraq polisə zəng ediblər və bundan sonra polis Riçardın, onun arvadı Linanın və doqquz yaşlı qızları Samantanın cəsədlərini aşkar edib.

Hadisənin təfərrüatı, cütlüyün və övladlarının bədbəxt hadisə və ya qətl nəticəsində öldükləri ilə bağlı açıqlama verilmir.

Qəzetin yazdığına görə, Riçard Samarel əvvəllər "Bloomberg"də qiymətli kağızlar üzrə menecer vəzifəsində, Lina isə ABŞ Veteranlarla İş Departamentində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu