Modern.az

Tramp sərvətini 2 dəfədən çox artırıb

Tramp sərvətini 2 dəfədən çox artırıb

1 Aprel 2025, 19:41

ABŞ Prezidenti Donald Tramp öz sərvətini artırıb.

Modern.az xəbər verir ki, bu barədə "Forbes" jurnalının siyahısında bildirilib.

Onun sərvəti  2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ildə 5,1 milyard dollara qədər artıb.

Donald Trampın sərvətinin əsas hissəsi daşınmaz əmlak təşkil edir. O, həmçinin qolf meydançalarına, dəbdəbəli malikanələrə, şərab zavoduna, eləcə də "Trump Force One" kimi tanınan 1991-ci il buraxılışlı "Boeing 757-200" təyyarəsinə sahibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu