Pakistan Prezidenti Asif Əli Zərdarinin vəziyyəti pisləşib.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Xalq Partiyası məlumat yayıb.
Qeyd olunub ki, Pakistan lideri Kəraçi şəhərindəki özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Yerli mətbuat yazır ki, onun qızdırma və infeksiya şikayətləri olub.