Modern.az

Rusiyanın ən varlı 10 adamı - İlk yerdə Vahid Ələkbərovdur - SİYAHI

Rusiyanın ən varlı 10 adamı - İlk yerdə Vahid Ələkbərovdur - SİYAHI

Dünya

2 Aprel 2025, 11:04

Nüfuzlu “Forbes” jurnalı dünyanın ən varlı adamlarının reytinqini hazırlayıb.

Modern.az xəbər verir ki, siyahıda xeyli rusiyalı iş adamı da yer alır.

Rusiyalı milyarderlərin siyahısına əslən azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin səhmdarı, 74 yaşlı Vahid Ələkbərov rəhbərlik edir. Onun 28,7 milyard dollar sərvəti var. Ələkbərov bu sərvəti əsasən neft sahəsinə yatırdığı investisiyadan əldə edib. Onun 2024-cü ildə “Lukoyl” şirkətinin səhmlərindən əldə etdiyi gəlir 2 milyard dollardan çox olub.

10 ən varlı rusyalının adını təqdim edirik:

1. “Lukoyl”un səhmdarı Vahid Ələkbərov - 28,7 milyard dollar

2.  “Severstal”ın ortaq sahibi Aleksey Mordaşov - 28,6 milyard dollar

3. “Novatek” və “Sibur”un səhmdarı Leonid Mixelson - 28,4 milyard dollar.

4. NLMK, Birinci Liman Şirkətinin sahibi Vladimir Lisin - 26,5 milyard dollar

5. “Norilsk Nikel” MMC və T-Bank-ın səhmdarı Vladimir Potanin - 24,2 milyard dollar

6. “Novatek, “Sibur”, “Stroytransgaz”, “Transoil”un səhmdarı Gennadi Timçenko - 23,2 milyard dollar

7. “EuroChem” və SUEK-in pay sahibi Andrey Melniçenko və ailəsi - 17,4 milyard dollar

8. “Telegram”ın sahibi Pavel Durov - 17,1 milyard dollar

9. “Metalloinvest”, “Megafon”, “Kommersant” nəşriyyatının səhmdarı Əlişir Usmanov - 16,7 milyard dollar

10. “Polyus” qızıl mədən şirkətinin səhmdarı Süleyman Kərimov və ailəsi - 16,4 milyard dollar

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi