Modern.az

Senator rekorda imza atdı: Trampa qarşı 25 saat 4 dəqiqəlik ÇIXIŞ

Senator rekorda imza atdı: Trampa qarşı 25 saat 4 dəqiqəlik ÇIXIŞ

Dünya

2 Aprel 2025, 17:18

ABŞ senatoru Kori Buker Senatda çıxışı zamanı tarixi rekorda imza atıb.

Modern.az xəbər verir ki, Nyu-Cersi ştatını təmsil edən senator ABŞ Prezidenti Donald Trampın siyasətini 25 saat 4 dəqiqə çıxışla tənqid edib.

Qeyd edək ki, bundan əvvəlki rekord 1957-ci ildə çıxış edən senator Strom Turmonda məxsusdur.

O, 24 saat 18 dəqiqə çıxış edib.

Bruk bazar ertəsi axşam yerli vaxtla saat 19:00 radələrində nitqinə başlayacağı üçün fiziki imkanları olduğu müddətcə danışacağını söyləyib. Onun çıxışı çərşənbə axşamı saat 20:06-da yekunlaşıb.

55 yaşlı senator prezident Trampın siyasətindən zərər gördüklərini deyən seçicilərin məktublarını oxuyub. O, idmanla bağlı müzakirələr apararaq, şeir oxuyaraq və həmkarlarının suallarını cavablandıraraq çıxışına yekun vurub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi