Modern.az

Rusiyada təyyarə qəzası: ölən var

Rusiyada təyyarə qəzası: ölən var

Dünya

2 Aprel 2025, 22:32

Rusiyanın İrkutsk əyalətində Tu-22M3 təyyarəsi qəzaya uğrayıb, bir pilot həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qurumdan bildirilib ki, strateji raketdaşıyan Tu-22M3 təyyarəsi İrkutsk əyalətinin insanlar olmayan ərazisində planlı təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. 4 ekipaj üzvü katapult edə bilib, lakin ekipajın komandiri həlak olub.

 

İlkin məlumatlara görə, hadisəyə səbəb texniki nasazlıq olub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu