Modern.az

Türkiyədə 300 nəfər dönərdən zəhərləndi

Türkiyədə 300 nəfər dönərdən zəhərləndi

Dünya

3 Aprel 2025, 18:15

Türkiyənin Kocaeli vilayətində 300 nəfər dönərdən zəhərlənib.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə vilayətin Körfez bölgəsində baş verib.

Bildirilib ki, ictimai iaşə obyektlərindən birindən dönər alan çox sayda insan ürəkbulanma və qaytarma şikayəti ilə xəstəxanaya müraciət edib. 

Hazırda iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Sözügedən obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 

 

Hadisə ilə bağlı araşdırma başladılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu