Modern.az

Hazırda yalnız atəşkəsdən danışırıq

Hazırda yalnız atəşkəsdən danışırıq

Dünya

3 Aprel 2025, 21:50

Ukraynada atəşkəsə yaxın həftələr və ya aylar ərzində nail olmaq mümkündür.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə səfəri zamanı bildirib.

 

O deyib ki, lakin bu, hələ müharibənin bitməsi demək deyil.

 

Ukrayna liderinin sözlərinə görə, bir daha müharibənin qaynar fazasına qayıtmamağı təmin etməklə yanaşı, həm də real diplomatiyaya aparan yolu açacaq təminat lazımdır.

 

Zelenski qeyd edib ki, əgər atəşkəsin əvəzində Rusiyaya tətbiq olunan sanksiyalar ləğv edilsə, vəziyyət daha da çətinləşəcək.

 

“Biz hazırda yalnız atəşkəsdən danışırıq”, - Zelenski əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu