Modern.az

Məhkəmə prezidentin impiçmentini təsdiqlədi

Məhkəmə prezidentin impiçmentini təsdiqlədi

Dünya

4 Aprel 2025, 08:17

Koreya Respublikasının Konstitusiya Məhkəməsi Prezident Yun Suk Yolun impiçmentini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu, fəaliyyəti dayandırılmış prezidentin dərhal vəzifədən uzaqlaşdırılması anlamına gəlir. Məhkəmə heyətinin yekdilliklə çıxardığı qərarda göstərilir ki, Yun Suk Yol “hüquqi dövlətin və demokratik idarəetmənin əsas prinsiplərini pozub. O, fövqəladə vəziyyət elan etməklə Konstitusiyanı və qanunları tapdalayıb”.

 

Məhkəmənin qərarına görə, ölkədə 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu