Modern.az

Cənubi Koreya prezidenti vəzifədən kənarlaşdırılıdı

Cənubi Koreya prezidenti vəzifədən kənarlaşdırılıdı

Dünya

4 Aprel 2025, 11:18

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi bu gün ölkənin prezidenti Yun Seok Yeolun impiçmentini yekdilliklə təsdiq edərək, onu dekabr ayında qısamüddətli hərbi vəziyyətin tətbiqinə görə vəzifəsindən kənarlaşdırıb.

Modern.az xarici KİV-ə iostinadən xəbər verir ki, məhkəmə sədri vəzifəsini icra edən Mun Hyun tərəfindən oxunan və televiziya ilə canlı yayımlanan hökm dərhal qüvvəyə minib.

Konstitusiya Məhkəməsi 60 gün ərzində ölkənin yeni prezidentini seçmək üçün növbədənkənar seçkilərinin keçirilməsini təklif edib. Seçkilərin iyunun 3-də baş tutacağı gözlənilir.

Müxalifətin çoxluqda olduğu Cənubi Koreya parlamenti ötən il dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən, bir neçə saat sonra isə bu vəziyyəti ləğv edən prezident Yun Seok Yeola impiçment elan etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın dəhşətli qətliamına ABŞ-dan şok reaksiya