Martın 31-də Paris məhkəməsi Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Peni dörd il həbs cəzasına məhkum edib.
Modern.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp məsələyə münasibət bildirib.
O əmindir ki, Marin Le Penə hökm oxunması növbəti "cadugər ovu"dur.
Onun fikrincə, Avropada solçu partiyalar bu formada senzura qurmağa və siyasi rəqibdən qurtulmağa çalışırlar. Ağ Ev rəhbəri xatırladıb ki, ABŞ-da ona qarşı oxşar oyun keçirilib.
Tramp Marin Le Peni şəxsən tanımadığını, lakin uzun müddət ərzində onun işini yüksək qiymətləndirdiyini açıqlayıb.