Modern.az

Novruz bayramı zamanı İranda 838 nəfər yol qəzasında ölüb

Novruz bayramı zamanı İranda 838 nəfər yol qəzasında ölüb

Dünya

4 Aprel 2025, 12:46

İranda Novruz bayramı zamanı baş verən yol qəzalarının sayı açıqlanıb.

Modern.az-ın məlumatına görə, İran Polisinin Trafik Şöbəsinin baş direktoru general Timur Hüseyni Novruz bayramı günlərində ölkə ərazisində baş verən yol qəzaları ilə bağlı açıqlama verib.

General Hüseyni bildirib ki, son 20 gündə baş verən yol qəzalarında 838 nəfər həyatını itirib, 19166 nəfər yaralanıb.

General Hüseyni qəzaların əksəriyyətinin ehtiyatsızlıq və səhv ötmə kimi səbəblərdən baş verdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu