Modern.az

Gürcüstan Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təsdiqləndi

Gürcüstan Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təsdiqləndi

Dünya

4 Aprel 2025, 14:22

Anri Oxanaşvilini Gürcüstan Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə seçilib.

Modern.az xəbər verir ki, Gürcüstan parlamenti 79 səslə Anri Oxanaşvilini Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təsdiq edib.

Anri Oxanaşvili altı il bu vəzifəni icra edəcək.

Oxanaşvili üç çağırış parlamentin deputatı olub, bundan əvvəl isə parlament Aparatının rəhbəri işləyib.

2024-cü ilin noyabrında Oxanaşvili ədliyyə naziri təyin edilib.

Oxanaşvilinin 39 yaşı var. O, əvvəlcə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, sonra isə Almaniyanın Yena Fridrix Şiller Universitetində təhsil alıb. O, Almaniyada da doktorluq dissertasiyası müdafiə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu