Modern.az

Myanmada daha bir zəlzələ

Myanmada daha bir zəlzələ

Dünya

4 Aprel 2025, 22:49

Myanmanın Mandalay şəhərindən 53 kilometr məsafədə 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələ 1,2 milyondan çox əhalisi olan Mandalaydan 53 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

 

Tələfat və dağıntı barədə məlumat verilmir.

 

Xatırladaq ki, martın 28-də Myanmada 7,7 maqntudalı güclü zəlzələ baş verib. Hadisə nəticəsində minlərlə şəxs həlak olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu