Modern.az

Kral yerkökü ilə musiqi ifa etdi - VİDEO

Kral yerkökü ilə musiqi ifa etdi - VİDEO

Dünya

5 Aprel 2025, 09:20

Böyük Britaniya kralı III Çarlz yerkökü ilə musiqi ifa edib.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, monarx Vindzor qəsrində müxtəlif musiqi layihələrində iştirak edən britaniyalı musiqiçilər və könüllülər üçün qəbul təşkil edib.

Onların arasında tərəvəzlərdən musiqi aləti kimi istifadə etməklə məşhur olan London Tərəvəz Orkestri də olub.

Kral orkestrin üzvləri ilə birlikdə "Twinkle, twinkle, little star" mahnısını çalıb.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu