Modern.az

Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxardı

Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxardı

Dünya

5 Aprel 2025, 14:44

İran Prezidenti Məsud Pezeşkian parlament məsələləri üzrə köməkçisi Şəhram Dəbirini işdən çıxarıb.

Modern.az xəbər verir ki, Pezeşkian bu barədə sərəncam imzalayıb.

Məlumata görə, Dəbiri Novruz tətilini Antarktidada lüks şəraitdə keçirib.

"Möminlərdən nümunə götürməklə fəxr edən bir hökumətdə, xalqa qarşı iqtisadi təzyiqlərin yüksək və məhrumiyyətlərin çox olduğu bir şəraitdə məmurların, hətta şəxsi hesablarına belə bahalı istirahət səfərlərinə getməsi müdafiə oluna və əsaslandırıla bilməz", - Pezeşkian bilsirib.

Qeyd edək ki, daha öncə Ş.Dəbirinin Antarktidaya səfəri ilə bağlı məlumat və görüntülərin paylaşılması vətəndaşların kəskin etirazına səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu