Modern.az

20-dən çox terrorçu məhv edildi

20-dən çox terrorçu məhv edildi

Dünya

5 Aprel 2025, 19:57

Somali ordusu ölkənin cənub-şərqində həyata keçirilən hərbi əməliyyat zamanı terrorçu "əş-Şəbab" hərəkatının 20-dən çox üzvünün məhv edildiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Somali Ordu Komandanlığının bəyanatında deyilir. Bildirilib ki, əl-Kövsər rayonunun ərazisində aparılan əməliyyat zamanı "əş-Şəbab" qruplaşmasına məxsus xeyli sayda silah və sursat ələ keçirilib.

 

Bəyanatda, həmçinin Somali ordusunun "əş-Şəbab" qruplaşmasını zərərsizləşdirməyə davam edəcəyi vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu