Modern.az

ABŞ-də ilk: Bu ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv edidi

ABŞ-də ilk: Bu ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv edidi

Dünya

6 Aprel 2025, 18:40

ABŞ tarixində ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv olunub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

 

Marko Rubio Cənubi Sudan vətəndaşlarına verilən vizaların ləğvi və viza verilməsi prosedurunun da dayandırılması barədə qərar verildiyini bildirib. Buna səbəb Cənubi Sudanın keçid hökumətinin ABŞ-dan repatriasiya edilən vətəndaşlarını qəbul etməməsi olub. Dövlət katibi Cənubi Sudan hökumətinin tam əməkdaşlığa razılıq verəcəyi təqdirdə viza qərarına yenidən baxa biləcəklərini də söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu