Modern.az

Parisdə mitinq: "Bu qərar namusumuzu tapdaladı" - FOTO

Parisdə mitinq: "Bu qərar namusumuzu tapdaladı" - FOTO

Dünya

6 Aprel 2025, 21:43

Parisdə Fransanın müxalifət fraksiyasının lideri Marin Le Penə dəstək üçün etiraz aksiyası keçirilir.

Modern.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Polis hələlik mitinqdə neçə nəfərin iştirak etdiyi barədə dəqiq məlumat verməyib, lakin etiraz təşkilatçıları küçələrə təxminən 15 min insanın toplaşdığını bildiriblər. 

Le Pen tərəfdarları Fransa bayraqlarını dalğalandıraraq “Biz qalib gələcəyik” şüarları səsləndirirlər.

Mitinqdə Le Pen özü də çıxış edib. O, tribunadan “siyasi ovun” obyektinə çevrildiyini bildirib:"Bu qərar xalqımızı, ölkəmizi, namusumuzu tapdaladı!".

Qeyd edək ki, Martın 31-də Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitindən sui-istifadə etməkdə təqsirli bilib. Buna görə o, dörd il müddətinə azadlıqdan məhrum edilib. Onun 2027-ci ildə Fransa prezident seçkilərində iştirakına da qadağa qoyulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu