Modern.az

Suriyada prezidentin qardaşına vəzifə verildi

Suriyada prezidentin qardaşına vəzifə verildi

Dünya

7 Aprel 2025, 08:17

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın qardaşına yüksək vəzifə verilib.

Modern.az bu barədə Suriya dövlət televiziyasına istinadən xəbər verir.

Belə ki, onun kiçik qardaşı Mahir əl-Şaraa  prezident xidmətinin baş katibi təyin edilib. O, Dəməşqdə Respublika sarayındakı işlərə rəhbərlik edəcək

Voronej Dövlət Tibb Universitetinin məzunu olan Mahir əl-Şaraa 2024-cü il dekabrın 10-dan 2025-ci il martın 29-dək Suriyanın keçid hökumətində səhiyyə naziri vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu