Modern.az

Bizə "xeyirli olsun" demək düşər - AK Partiyanın DEPUTATI

Bizə "xeyirli olsun" demək düşər - AK Partiyanın DEPUTATI

Dünya

7 Aprel 2025, 16:33

Ötən gün Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının(CHP) növbədənkənar qurultayı keçirilib. Qurultayda Özgür Özel yenidən partiya sədri seçilib.

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Yıldırım Tuğrul bildirib ki, CHP-də baş verənlər ilk növbədə partiya üzvlərini və idarəçilərini maraqlandırır.

"O baxımdan bizim prosesləri sadəcə izləmək və "xeyirli olsun" demək düşər. Bu qurultay texniki məsələ idi, növbədənkənar qurultay idi. O baxımdan əvvəlki günə nəzərən dəyişikliyi kimsə gözləmir, biz də gözləmirik. Çünki sədrliyə namizəd yalnız Özgür bəy idi. Qurultaya gedərkən də onun sədr seçiləcəyi bəlli idi. Partiya rəhbərliyi də qəti bir şey olmasa da, izlədiyim qədəri ilə gözlənildiyi kimi hazırlıq gördülər, qurultayı tamamladılar. Xeyirli olsun”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu