Modern.az

Trampla Netanyahunun birgə mətbuat konfransı LƏĞV EDİLDİ

Trampla Netanyahunun birgə mətbuat konfransı LƏĞV EDİLDİ

Dünya

7 Aprel 2025, 22:16

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında bu gün keçirilməsi planlaşdırılan birgə mətbuat konfransı ləğv edilib.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evdən verilən açıqlamada bildirilib.

Məlumata görə, Trampın gündəliyində yer alan mətbuat konfransı baş tutmayacaq. Bunun əvəzinə, liderlər Oval kabinetdə jurnalistlərin suallarını cavablandıracaqlar.

Ağ Ev Tramp və Netanyahunun birgə mətbuat konfransının hansı səbəbdən ləğv olunduğu barədə əlavə açıqlama verməyib.

Qeyd edək ki, Tramp İsrail baş naziri Netanyahunu yeni dönəmdə ikinci dəfədir ki, Ağ Evdə qəbul edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu