Modern.az

Tramp tibbi müayinə olunacaq: “Heç vaxt özümü daha yaxşı hiss etməmişəm”

Tramp tibbi müayinə olunacaq: “Heç vaxt özümü daha yaxşı hiss etməmişəm”

Dünya

8 Aprel 2025, 11:07

ABŞ prezidenti Donald Tramp aprelin 11-də tibbi müayinədən keçməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə o, “Truth Social” şəbəkəsində yazıb.

Tramp bildirib ki, çoxdan planlaşdırılan illik tibbi müyayinə bu həftənin cümə günü Vaşinqtondakı Uolter Rid Ordu Tibb Mərkəzində baş tutacaq.

“Heç vaxt özümü daha yaxşı hiss etməmişəm, amma bu müayinələri etmək lazımdır! ", - dövlət başçısı qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu