Modern.az

ABŞ-İran danışıqlarının vaxtı və yeri AÇIQLANDI

ABŞ-İran danışıqlarının vaxtı və yeri AÇIQLANDI

Dünya

8 Aprel 2025, 12:00

İranın xarici işlər naziri Abbas Arakçi İran və ABŞ arasında dolayı danışıqların vaxtını açıqlayıb.

Modern.az-ın məlumatına görə, İranın xarici işlər naziri özünün X sosial media hesabından paylaşdığı mesajda "İran və ABŞ yüksək səviyyəli dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcək", - deyə yazıb.

Arakçi "bu bir fürsət olduğu qədər də bir sınaqdır. İndi top ABŞ-ın meydanındadır", - qeyd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünən keçirdiyi mətbuat konfransında təklif etdikləri dolayı danışıqlar formatı ilə bağlı Vaşinqtonun qərarını gözlədiklərini açıqlayıb.

Bekayi Omanın vasitəçilik üçün əsas namizəd olduğunu söyləmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu