Dünyaca məşhur musiqiçilər Madonna və Elton Con arasındakı uzun illərdir davam edən küsülülük sona çatıb.
Modern.az xəbər verir ki, onlar “Saturday Night Live” şousunun səhnə arxasında birlikdə çəkdirdikləri foto ilə barışdıqlarını elan ediblər.
Madonna sosial mediada paylaşım edib. "Nəhayət, sülhü bərqərar etdik", - paylaşımda deyilir. O, Elton Conla aralarındakı gərginliyin sona çatdığını bildirib.
O, gənclik illərində Elton Conun konsertinə gizlicə getdiyini xatırladıb, onun sənətinə həmişə heyran olduğunu qeyd edib.
Elton Con keçmişdə dediklərinə görə peşman olduğunu yazıb və Madonnanın sənətinə olan hörmətini ifadə edib.
Qeyd edək ki, sənət xadimləri sonuncu dəfə 1995-ci ildə birlikdə görüntülənmişdi. Aralarındakı gərginlik isə 2000-ci illərdən bəri davam edirdi.