Modern.az

Hərbi yola əl atacağıq - Tramp İranı HƏDƏLƏDİ

Hərbi yola əl atacağıq - Tramp İranı HƏDƏLƏDİ

Dünya

10 Aprel 2025, 08:45

ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə hərbi güc tətbiq edəcəyini bildirib.

Modern.az-ın məlumatına görə, Tramp potensial hərbi hücuma İsrailin liderlik edəcəyini açıqlayıb.

“Əgər bu, hərbi həll tələb edirsə, biz hərbi yola əl atacağıq. İsrail açıq şəkildə bu işdə iştirak edəcək. Onlar bu prosesə liderlik edəcəklər”,- deyə Tramp qeyd edib.

Qeyd edək ki, həftə sonu Oman sultanlığında ABŞ və İran rəsmilərinin iştirakı ilə nüvə məsələsi ilə bağlı danışıqlar keçiriləcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı